Kreml NATO-ya xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/dünya-i198316-kreml_nato_ya_xəbərdarlıq_etdi
Rusiya Prezident Aparatının sözçüsü NATO-nun öz təchizatlarını Rusiyanın sərhədlərinə nəql etməyinin hərbi vasitələri gizlətməkdən başqa bir bəhanə olmadığını bəyan edərək xəbərdarlıq edib ki, bu hərəkətlərdən heç biri cavabsız qalmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 09, 2015 14:32 Asia/Baku
  • Kreml NATO-ya xəbərdarlıq etdi
    Kreml NATO-ya xəbərdarlıq etdi

Rusiya Prezident Aparatının sözçüsü NATO-nun öz təchizatlarını Rusiyanın sərhədlərinə nəql etməyinin hərbi vasitələri gizlətməkdən başqa bir bəhanə olmadığını bəyan edərək xəbərdarlıq edib ki, bu hərəkətlərdən heç biri cavabsız qalmayacaq.

Səhər Beynəlxalq Televiziyasının Russia Today xəbər portalına istinadla verdyi məlumata görə, Rusiya Prezident Aparatının sözçüsü Dmitri Peskov deyib: Rusiya tərəfindən ehtimal olunan təhdid haqda saxta bəhanələr yalnız NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsi layihəsini gizlətmək üçün istifadə etdiyi vasitədir.
Bu layihələrin yeni olmadığını və yalnız NATO-nun peşmanlığına səbəb olacağını deyən Peskovun sözlərinə görə, Rusiya sərhədləri yaxınlığında hərbi iştirak çox artıb və NATO-nun hərbi strukturlarının Rusiya Federasiyasına yaxınlaşmasına səbəb olan hər bir layihə qarşılıqlı addımlarla üzləşəcəkdir.
Peskov vurğulayıb: Rusiyanın Suriyadakı hərbi əməliyyatı Türkiyə sərhədlərinə də şamil olan regiona sülh və stabilliyi gətirir.
Peskov əlavə edib: ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiyanın Suriyadakı uzunmüddətli əməliyyatı İŞİD-in zəifləməsi ilə nəticələnmədi. Lakin qarşılığında İŞİD-in öz işğalçılığını artırmasına və regionu de-stabil etməsinə şərait yaratdı.