Putin: “Türkiyədəki terror aktı vəziyyətin gərginləşdirilməsinə yönəldilmiş cəhddir”
Okt 11, 2015 14:24 Asia/Baku
-
Putin: “Türkiyədəki terror aktı vəziyyətin gərginləşdirilməsinə yönəldilmiş cəhddir”
Rusiya prezidenti Vladimir Putin Türkiyədəki terror aktının vəziyyətin gərginləşdirilməsinə yönəldilmiş cəhd olduğunu bildirib.
“RİA Novosti”-nin verdiyi xəbərə görə, Putin “Rossiya 1” telekanalında çıxışı zamanı Türkiyə xalqına başsağlığında bildirib : “Şərlə mübarizədə səyləri birləşdirmək laxımdır. Türkiyədə baş verən hadisə, sözsüz ki, həyasız terror həmləsi, terror cinayətidir və əlbəttə ki, bizim üçün qonşu və dost olan ölkədə vəziyyətin gərginləşdirilməsinə yönəldilmiş bir cəhddir. Üstəlik, bu, seçki kampaniyası zamanı törədilib. Əlbəttə ki, bu açıq-aydın təxribatdır”, deyə Putin qeyd edib.Oktyabrın 10-da Ankarada törədilmiş partlayışa reaksiyada Türkiyə prezidenti deyib: "Hökumət terror aktını törədənlərin cəzalandırılması üçün səylərini əsirgəmir".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə terrorun və terror təşkilatlarının istənilən növünə qarşı mübarizə aparacaq: "Bu cür terror aktlarını törədənlərin əsas məqsədi, cəmiyyətimizin müxtəlif təbəqələri arasında nifaq salmaqdır. Məhz buna görə, mən hər birinizi həmrəyliyə səsləyirəm. Biz terrorun yanında deyil, ona qarşı durmalıyıq".
O, əlavə edib ki, hökumət terror aktını törədənlərin qanun qarşısında cəzalandırılmaları üçün səylərini əsirgəmir.
Teqlər