Ərəb ölkələri Rusiyaya 400 milyard dollarlıq rüşvət təklif etdilər
https://azeri.sahartv.ir/news/dünya-i198470-Ərəb_ölkələri_rusiyaya_400_milyard_dollarlıq_rüşvət_təklif_etdilər
İraqın əl-Nəxil informasiya agentliyi Fars körfəzi ətrafında yerləşən ərəb ölkələrinin, yeni yaradılmış 4 tərəfli koalisiyadan çıxması üçün Rusiyaya 400 milyard dollarlıq rüşvət təklif etmələrindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 14, 2015 09:03 Asia/Baku
  • Ərəb ölkələri Rusiyaya 400 milyard dollarlıq rüşvət təklif etdilər
    Ərəb ölkələri Rusiyaya 400 milyard dollarlıq rüşvət təklif etdilər

İraqın əl-Nəxil informasiya agentliyi Fars körfəzi ətrafında yerləşən ərəb ölkələrinin, yeni yaradılmış 4 tərəfli koalisiyadan çıxması üçün Rusiyaya 400 milyard dollarlıq rüşvət təklif etmələrindən xəbər verib.

İraqın əl-Nəxil informasiya agentliyinin müdiri Məhəmməd Əli əl-Həkim Təsnim xəbər agentliyi ilə müsahibədə deyib: Ərəbistan, Qətər, Türkiyə və BƏƏ Rusiya prezidenti Vladimr Putinə 400 milyard dollar müqabilində İran, Suriya və İraq koalisiyasını tərk etməsini təklif ediblər. Çünki, bu koalisiya ABŞ və Fars körfəzi ətrafında yerləşən ölkələrin regionla bağlı bütün planlarını alt-üst edib.
O, daha sonra deyib: İraq, Yəmən və Suriyada öz nüfuzunu itirən Ərəbistan yeni yaranan koalisiya ilə mübarizə aparmayacağı təqdirdə, Ali-Səud şahzadələri arasında da qüdrət üstündə çəkişmələrin artmasını nəzərə alaraq, ölkə daxilində vəziyyətin gərginləşəcəyindən nigarandır. Buna görə də bu ölkənin özü Rusiyaya rüşvətin ödənilməsi layihəsinə başçılıq edəcək.
Məhəmməd Əli əl-Həkim həmçinin deyib: Bir tərəfdən bu təklifin Rusiya tərəfindən qəbul edilməməsi və Moskvanın 4 tərəfli koalisiyada qalması, digər tərəfdən isə İraq xalqı və dövlətinin bu ölkə baş naziri Heydər əl-İbadinin rusları İraqda İŞİD terrorçularını hədəfə almağa dəvət etməsini müsbət qarşılaması Ərəbistanı xeyli qəzəbləndirib.