ABŞ Rusiyanın Avropanın təhlükəsizliyinə qarşı hərəkətlərinin təsirini iddia edir
https://azeri.sahartv.ir/news/dünya-i198514-abŞ_rusiyanın_avropanın_təhlükəsizliyinə_qarşı_hərəkətlərinin_təsirini_iddia_edir
ABŞ müdafiə naziri Rusiyanı Avropanın Təhlükəsizliyi üçün əsas problem adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 15, 2015 07:46 Asia/Baku
  • ABŞ Rusiyanın Avropanın təhlükəsizliyinə qarşı hərəkətlərinin təsirini iddia edir
    ABŞ Rusiyanın Avropanın təhlükəsizliyinə qarşı hərəkətlərinin təsirini iddia edir

ABŞ müdafiə naziri Rusiyanı Avropanın Təhlükəsizliyi üçün əsas problem adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, ABŞ müdafiə naziri Eşton Karter ABŞ ordusunun bir cəmiyyətinin rəsmi ziyafətində iddia edib ki, Amerikanın NATO-dakı müttəfiqləri öz ətraf bölgələrindəki ciddi problemlər barədə niaranlıq ediblər. O buna görə, Rusiyanı Avropanın təhlükəsizliyi üçün əsas problem adlandırıb.
Karter əlavə edib: Bu problemlərdən bir hissəsi Avropadakı miqrantlar və digər hissəsi isə Suriya, Yəmən və İraqdakı terror fəaliyyətləri ilə əlaqədardır. Lakin əsas problem Rusiyanın hərəkətlərindən qaynaqlanır.
Karterin sözlərinə görə, Rusiya öz qonşu ölkələrinin ərazi bütövlüyü və hakimiyyətini zəiflətmək üçün hərbi və iqtisadi vasitələrdən istifadə edir və beynəlxalq hüquq normalarını pozur.
Ekspertlərin fikrincə, Putin hökumətinin 8 illik hakimiyyəti və Rusiyanın iqtisadi və siyasi qüdrətinin artması ilə Moskvanın beynəlxalq səhnədə daha ciddi iştirakına optimal şərait yaradıb.
Buna görə, ABŞ Rusiyanın hərəkətlərini həmişə diqqətlə izləyir və Moskvanı dünyada özü və mənafeyi üçün təhdid hesab edir.