Rusiya və Çin TŞ-da İranın raket sınağının araşdırılmasına qarşı çıxdı
https://azeri.sahartv.ir/news/dünya-i198822-rusiya_və_Çin_tŞ_da_İranın_raket_sınağının_araşdırılmasına_qarşı_çıxdı
Rusiya və Çinin BMT-dəki nümayəndələri Təhlükəsizlik Şurasında İranın raket sınağının araşdırılması və ona reaksiya göstərilməsi üzrə tələsik layihə layihəyə qarşı çıxıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 23, 2015 15:08 Asia/Baku
  • Rusiya və Çin TŞ-da İranın raket sınağının araşdırılmasına qarşı çıxdı
    Rusiya və Çin TŞ-da İranın raket sınağının araşdırılmasına qarşı çıxdı

Rusiya və Çinin BMT-dəki nümayəndələri Təhlükəsizlik Şurasında İranın raket sınağının araşdırılması və ona reaksiya göstərilməsi üzrə tələsik layihə layihəyə qarşı çıxıblar.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin ötən gün deyib: İran tərəfindən İmad raketinin sınaq məsələsi barədə texniki detallar araşdırıldıqdan sonra açıqlama vermək olar.
Çurkin qərb ölkələrinin İranın raket sınağına qarşı təcili addım atması üçün BMT Təhlükəsizlik Şurasına ünvanladıqları məktuba reaksiyada deyib: Bu məsələ mütəxəssis araşdırması və təhlilinə ehtiyaclıdır. Bu tezlikdə onun barəsində qərar çıxarmaq olmaz.
Çinin BMT-dəki nümayəndəsi Liu Jieyi də Təhlükəsizlik Şurasında İranın raket sınağı layihəsinin araşdırılmasına qarşı çıxaraq bildirib ki, İran heç bir qətnaməni pozmayıb.
ABŞ, İngiltərə, Fransa və Almaniya çərşənbə günü BMT Təhlükəsizlik Şurasında İranın sanksiyaları məsələləri üzrə komitəyə məktub ünvanlayaraq İranda İmad raketinin sınaqdan keçirilməsini diqqətə çatırıb və onun barəsində araşdırmanın aparılmasını istəyiblər.
Qərb ölkələri iddia edirlər ki, İranın bu hərəkəti BMT Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsini pozur. Bu qətnamə 2010-cu ildə İranın nüvə proqramı barədə əsassız iddiaların irəli sürülməsi ilə 4-cü dövr sanksiyaların başlanğıcı olaraq təsdiqlənmişdi.