Moskvada Rusiyanın Suriyada terrorçular əleyhinə hərbi əməliyyatlarına dəstək aksiyası keçirildi
https://azeri.sahartv.ir/news/dünya-i198914-moskvada_rusiyanın_suriyada_terrorçular_əleyhinə_hərbi_əməliyyatlarına_dəstək_aksiyası_keçirildi
Yüzlərlə nəfər Moskvada Rusiyanın terrorçular əleyhinə Suriyada həyata keçirdiyi hərbi əməliyyatları himayə aksiyasında iştirak edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2015 07:09 Asia/Baku
  • Moskvada Rusiyanın Suriyada terrorçular əleyhinə hərbi əməliyyatlarına dəstək aksiyası keçirildi
    Moskvada Rusiyanın Suriyada terrorçular əleyhinə hərbi əməliyyatlarına dəstək aksiyası keçirildi

Yüzlərlə nəfər Moskvada Rusiyanın terrorçular əleyhinə Suriyada həyata keçirdiyi hərbi əməliyyatları himayə aksiyasında iştirak edib.

İRNA-nın məlumatına görə, bu aksiya bazar günü Moskvanın "Yujnıye Vorota" meydanında keçirilib. Akaiyaya yüzlərlə nəfər qatılıb.
Bu məlumata görə, aksiya iştirakçıları ABŞ, İsrail və Ərəbistan əleyhinə şüarlar verib, Qərb və Ərəb rejimlərinin bəşəriyyət əleyhinə yönəlmiş siyasətlərini qınayıblar.
Aksiya iştirakçıları həmçinin, ABŞ və müttəfiqlərinin terrorçularla bağlı ikili siyasətlərini qınayıb, onların bu kimi rəftarlara son qoymaları və terrorçulara olan yardımlarını durdurmalarını istəyiblər.