Okt 29, 2015 11:34 Asia/Baku
  • Ərdoğan QazProm şirkətinə qarşı hüquqi prosedura qərar verib
    Ərdoğan QazProm şirkətinə qarşı hüquqi prosedura qərar verib

Türkiyə hökuməti terrorizm əleyhinə müharibədə Rusiyanın Suriya qüvvələrinə hərbi dəstəyinə qarşı çıxdıqdan sonra hazırda Rusiyanın QazProm şirkətinə qarşı qanunmi prosedur ardıncadır.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, QazProm şirkəti rəsmilərinin bildirdiyinə əsasən, Türkiyənin Botaş dövlət şirkəti bu həftə Rusiya şirkətinə qarşı şikayət edib. Belə ki, bu vasitə ilə Moskvanı Türkiyəyə ixrac olunan qazın qiymətini ucuzlaşdırmağa məcbur etsin.
Bu iki şirkət bundan öncə də QazProm şirkətinin Türkiyəyə ixrac etdiyi qazın qiymətinin endirilməsi sahəsində bir anlaşma memorandumu imzalamağa çalışıb.
Son həftələrdə Rusiyanın İŞİD-lə mübarizədə Suriya qüvvələrinə hərbi dəstəyinin başlanması ilə Ankara-Moskva əlaqələri sərinləşib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabr ayının əvvəllərində Rusiya qırıcı təyyarələrinin Türkiyənin hava zolağını pozmasından sonra Ankaranın Moskva ilə qaz müqavilələrini imzalamağa yenidən baxmaq barədə xəbərdarlıq edib.
Türkiyə Almaniyadan sonra Rusiyanın QazProm şirkətinin ikinci böyük müştərisidir.

Teqlər