Kerri İranın nüvə anlaşmasının müddəalarına sadiq qaldığını etiraf edib
Okt 29, 2015 11:35 Asia/Baku
ABŞ dövlət katibi İran İslam Respublikasının nüvə anlaşmasının müddəalarına sadiq qaldığını etiraf edib.
Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Con Keeri çərşənbə günü Karnegi İnstitutunun iclasında ABŞ hökumətinin Yaxın Şərq üzrə siyasətləri barədə açıqlama verərək deyib: İranın Əhatəli Müştərək Təşəbbüs Proqramına riayət etmədiyini heç kim eşitməyib.ABŞ dövlət katibi indiyə qədər İranla nüvə anlaşmasının tərəfdarı və ya müxalifi olan bütün şəxslərdən istəyib ki, hazırda diqqətlərini Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasına yönəltsinlər.
Kerri bir daha iddia edib ki, bu anlaşma ABŞ və bu ölkənin Yaxın Şərqdəki müttəfiqlərini təhlükəsiz edir.
Con Kerri "cəhənnəmdən çıxmağa yolu tapmaq" adlandırdığı Suriya böhranından xilas barədə də deyib: İki hissəli strategiya olmalıdır. İŞİD-lə mübarizə üzrə hücumları artırmaq və diplomatik səyləri çoxaltmaq bu iki hissəli strategiyanı təşkil edir.
ABŞ dövlət katibi ötən aydan başlanan Rusiyanın Suriyadakı hərbi hava hücumlarını tənqid etməsinə baxmayaraq xatırladıb ki, Rusiya və ABŞ və həmçinin digər ölkələrin bu məsələlərdə çoxlu müştərək sahələri vardır.
Con Kerri Amerikanın Yaxın Şərq üzrə siyasətlərini açıqlayıb və deyib: İranın nüvə proqramı və Əhatəli Müştərək Təşəbbüs Proqramı, Fələstin məsələsi və işğal olunmuş ərazilərdəki sərtliklər, Suriya məsələsi Vaşinqtonun önəmli məsələlərindəndir.
Yaxın Şərqin hazırkı vəziyyətini viranedici qüvvələrlə abadlaşdırıcı qüvvələr arasında müharibə adlandıran Kerri iddia edib ki, ABŞ-ın yaxın Şərqdəki təhlükəsizlik strategiyası bütün sahələrdə dəyişikliklər yaratmağa çalışır.