Amerika internet şəbəkəsi xətlərinin kəsilməsindən nigarandır
Okt 29, 2015 09:25 Asia/Baku
-
Amerika internet şəbəkəsi xətlərinin kəsilməsindən nigarandır
ABŞ-ın təhlükəsizlik rəsmiləri Rusiyanın sualtı gəmiləri tərəfindən internet şəbəkəsi xətlərinin kəsilməsi barədə xəbərdarlıq ediblər.
Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, ABŞ təhlükəsizlik rəsmiləri cümə axşamı günü bildiriblər: Rusiya sualtı gəmilərinin hərəkəti nəticəsində ABŞ-la Avropa ölkələri arasında həssas şəbəkə xətlərinin kəsilməsi mümkündür.Bu məlumata görə, sualtı şəbəkə kabelləri ABŞ və Avropa ölkələri arasında hərbi və ticarət üzrə həssas məlumatları ötürür və alır.
ABŞ təhlükəsizlik rəsmiləri əlavə ediblər: Rusiyanın sualtı gəmilərdən istifadədə əsas məqsədi bu ölkənin dəniz qüdrətini Amerikaya göstərməkdir.
Bundan öncə Nyu-York Times qəzeti yazmışdı ki, Amerikanın hərbi və təhlükəsizlik rəsmiləri Rusiyanın sualtı gəmiləri və casusluq gəmilərinin əsaslı sualtı kabellər yaxınlığındakı fəaliyyətindən çox nigarandırlar.
Amerika rəsmiləri nigarandırlar ki, ruslar gərginlik və toqquşma zamanında bu kabelləri hədəfə ala bilərlər.
Teqlər