Zərif və Lavrov Suriya böhranının həlli üzrə Vyanada görüşüblər
Okt 30, 2015 07:14 Asia/Baku
-
Zərif və Lavrov Suriya böhranının həlli üzrə Vyanada görüşüblər
Rusiya xarici işlər naziri Vyanada İran xarici işlər naziri ilə görüşərək Suriya məsələsi və region olayları barədə danışıqlar aparıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Suriyanın vəziyyətini araşdırmaq üzrə iclasda iştirak etmək üçün Vyanaya səfər etmiş Lavrov və Zərif Suriyada terrorizm və ifratçılıqla mübarizə və siyasi proses, milli danışıqların başlanması və xarici müdaxilənin olmamasının vacibliyi üzrə fikir mübadiləsi aparıblar.İkitərəfli məsələlər və Əhatəli Müştərək Təşəbbüs Proqramının icra prosesi Zərif və Lavrovun araşdırdığı məsələlər olub.
Suriya vəziyyətinin araşdırılması üzrə iclas cümə axşamı günü Vyanada Rusiya, ABŞ, Türkiyə və Ərəbistan xarici işlər nazirlərinin iştirakı ilə dördtərəfli şəkildə keçirilib. Cümə günü təxminən 20 ölkənin nümayəndəsi, o cümlədən İran, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Livan və İraqın nümayəndələrinin iştirakı ilə rəsmi qaydada davam etdiriləcək.
Zərif Lavrovla görüşdən öncə Con Kerri ilə də görüşərək Əhatəli Müştərək Təşəbbüs Proqramının icra prosesi barədə danışıqlar aparıblar.
İran xarici işlər naziri həmçinin Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini ilə də görüşərək Suriya böhranı, regional məsələlər və Əhatəli Müştərək Təşəbbüs Proqramı barədə fikir mübadiləsi aparıb.
Teqlər