Okt 31, 2015 11:17 Asia/Baku
  • Moskvada İŞİD-çi çeçen qrupu həbs olunub
    Moskvada İŞİD-çi çeçen qrupu həbs olunub

Çeçenistan Muxtar Respublikasının prezidenti bildirib ki, İŞİD üzvü olan təqribən iyirmi çeçen Rusiyadan İraq və Suriyaya getməzdən öncə Moskvada yaxalanıb.

IRNA-nın məlumatına görə, Ramazan Kadırov cümə günü bir sosial şəbəkədə yazıb ki, bu iyirmi çeçen gənc Qroznıya köçürülüb.
O, əlavə edib: Həbs olunanlar İŞİD-ə qoşulmaq üçün muzdlu şəxslərin göndərilməsi üzrə xüsusi məkan kimi Moskvadakı bir bina evinə toplaşmışdılar və belə bir ehtimal mövcuddur ki, bu məkandan bir dəfə də istifadə olunub və bir qrup İŞİD-ə qatılıbdır.
Kadırov deyib: Həbs olunanlarla əyani söhbətdə məlum olub ki, onlar aldanıblar və başlarına nələrin gələcəyini bilmirlər, həmçinin bütün bu terror qruplarının Qərbin himayə çətiri altında olması və İŞİD-in planının müsəlmanlara qarşı yönəlməsindən xəbərsizdirlər.
ABŞ, İngiltərə, Fransa, Almaniya, Türkiyə, Qətər və Ərəbistan sionist rejimlə yanaşı beş il bundan öncədən Bəşşar Əsəd hökumətini devirmək hədəfi ilə bütün dünyadan olan terrorçuların cəzb olunaraq, Suriyaya göndərilməsi, həmçinin İŞİD və Cibhətunnusrə daxil olmaqla terror qruplarının təşkilatlanması və gücləndirilməsi planına başlayıblar ki, Rusiyanın təhlükəsilzik rəsmilərinin dediklərinə görə, yüz ölkənin vətəndaşları terrorçular, xüsusən İŞİD sıralarında İraq və Suriyada vuruşurlar.

Teqlər