Rusiyada matəm elan olundu
Okt 31, 2015 16:14 Asia/Baku
-
Rusiyada matəm elan olundu
Rusiya Federasiyası prezidenti Misirdə 224 sərnişini olan Rusiya təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə bazar gününü matəm elan edib.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Kreml bildirib: Vladimir Putinin göstərişinə əsasən Rusiya Federasiyası bayrağı daxildə və bu ölkənin bütün ölkələrdəki səfirliklərində yarıya qədər endiriləcək və həmçinin bütün əyləncə proqramları dayandırılacaq.Rusiya prezidenti həmçinin Koqalim Avia şirkətinin Airbass 321 təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün xüsusi ekspert qrupunun təşkil olunmasına göstəriş verib.
Bu məlumata görə, rusiyalı turistlərin olduğu və Misirin Şərmuş-Şeyx aeroportundan Sankt-Peterburq istiqamətində uçan bu təyyarə sərnişinləri arasında 18 uşaq da olub.
Rusiya KİV-nin bildirdiyinə görə, qeydə alınan mesaja əsasən, Kiprdə Larnaka hava limanında təcili eniş istənilib. Lakin istənilən addım atılmadan öncə təyyarə itib və sonra qəzaya uğrayıb.
Rusiya sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri və vəziyyətin araşdırılması üçün xüsusi heyət Misirə səfər edib.
Teqlər