Rusiya təyyarəsinin pilotu heç bir kömək istəməmişdi
Noy 02, 2015 15:48 Asia/Baku
-
Rusiya təyyarəsinin pilotu heç bir kömək istəməmişdi
Misirdə süqut etmiş Rusiya təyyarəsinin qara qutusunun dəyərləndirilməsi göstərir ki, bu təyyarənin ekipaj üzvləri heç bir kömək xahişi göndərməyiblər.
IRIB-nin Əlminar telekanalına istinadlı məlumatına görə, Rusiya təyyarəsinin qara qutusunun məlumatına əsasən, bu təyyarənin pilotu gözlənilməz surətdə tam şəkildə təyyarənin nəzarətini itirib.Kreml Misirdə Rusiya təyyarəsinin süqut etməsi barədə hər cür ehtimalı, o sıradan onun terror mahiyyətli olmasını rədd etməyib.
Misirin Sina yarımadasında süqut etmiş Rusiya təyyarəsinin sahibi olan rus şirkət bildirib ki, bu təyyarə heç bir texniki nasazlığa malik olmayıb və ehtimal üzrə xarici amil nəticəsində süqut edibdir.
Rusiya prezidenti Vladimir Putin 224 nəfərin ölümü ilə nəticələnmiş Misirin Sina yarımadasında Rusiyanın sərnişin təyyarəsinin süqut etməsini böyük bir faciə adlandırıb və belə deyib: Mən bir daha bu hadisə qurbanlarının ailələrinin kədəri ilə bölüşürəm.
Rusiyanın baş naziri Dmitri Medvedev bu hadisə barədə tam təhqiqatın aparılmasını istəyib.
Rusiyanın "Koqalımavia" aviasiya şirkətinin 9268 saylı uçuşu üzrə təyyarə şənbə günü Misirin Şərmulşəyx şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə uçarkən süqut etdi və onun, əksəriyyətini rus turistlər təşkil edən bütün 224 sərnişini həlak oldu.
Ekspertlər deyirlər ki, bu təyyarə havada dağılıbdır.
Teqlər