Putin: Rusiyanı qorxutmağa səy əbəsdir
Noy 04, 2015 09:29 Asia/Baku
-
Putin: Rusiyanı qorxutmağa səy əbəsdir
Rusiya prezidenti Rusiyanın Suriyada terrorizmlə mübarizədəki əsas hədəfini uğurlu adlandırıb və vurğulayıb ki, Rusiyanı qorxutmağa hər cür səy əbəsdir.
Mehr xəbər agentliyinin Sputnik-ə istinadlı məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bir danışıqda Rusiyanın Suriyada terrorizmlə mübarizədəki əsas hədəfini uğurlu adlandırıb.Putin dünən bu haqda müxbirlərə deyib: Bizim Suriyada və hətta digər məntəqələrdəki birinci və ən mühüm hədəfimiz, terrorizmlə mübarizədir.
Rusiya sentyabrın 30-dan beynəlxalq qanunlar istiqamətində və Suriyanın qanuni hökumətinin xahişi ilə bu ölkədə təkfirçi İŞİD terrorçularına qarşı öz hava hücumlarını başlayıbdır.
Rusiyanın informasiya agentlikləri dünən bu ölkənin müdafiə nazirliyinə istinadla bildiriblər ki, Rusiyanın hava qüvvələri Suriyada terrorçulara qarşı öz hava hücumlarının başlanmasından bəri 1631 uçuş həyata keçirib və 2084 terror hədəfinə hücum ediblər.