Çeçenistan prezidentinin terror edilməsi planı nakam qaldı
https://azeri.sahartv.ir/news/dünya-i199243-Çeçenistan_prezidentinin_terror_edilməsi_planı_nakam_qaldı
Çeçenistan Muxtar Respublikasının təhlükəsizlik qüvvələri prezident Ramazan Kadırovu terror etməyi planlaşdıran bir dəstənin üzvlərini həbs edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2015 14:20 Asia/Baku
  • Çeçenistan prezidentinin terror edilməsi planı nakam qaldı
    Çeçenistan prezidentinin terror edilməsi planı nakam qaldı

Çeçenistan Muxtar Respublikasının təhlükəsizlik qüvvələri prezident Ramazan Kadırovu terror etməyi planlaşdıran bir dəstənin üzvlərini həbs edib.

Rusiya əl-Yəum informasiya kanalının verdiyi məlumata görə, bu terror qruplaşması Çeçenistan prezidenti Ramazan Kadırovun terror edilməsi planını gerçəkləşdirmək niyyətində imişlər.
Bu məlumata görə, bu qruplaşma İŞİD-in ideologiyasını təbliğ etməklə məşğul olan İlyas Həzəriyev adlı şəxsin təsiri altına düşüblər.
Bu məlumata görə, Çeçenistan prezidenti bu şəxsləri bağışlayaraq, öz səhvlərini düzəltmələri üçün onlara yeni fürsət verib.