Noy 04, 2015 20:21 Asia/Baku
  • Avropa Birliyi ölkələrində mühacirlərin ağır durumu
    Avropa Birliyi ölkələrində mühacirlərin ağır durumu

Avropa ölkələrində mühacirlər böhranı uzun keçmişə malikdir ki, onun mənşəyi məhz Qərb ölkələrinin özləridirlər. İraq və Əfqanıstana hücum bu böhranı şiddətləndirdi və nəhayət, 2011-ci ildə Suriyada, onun ardınca da bir neçə Afrika ölkəsində və İraqda terror qruplarının formalaşması və güclənməsi və bu qrupların törətdikləri cinayətlərlə bu böhran daha da ağırlaşdı və mühacirlər axını Avropa ölkələrinə doğru yönəldi.

Özləri milyonlarla günahsız insanın didərgin düşməsi amili olan Qərb ölkələri bu didərginləri qəbul etməyə və onlara sığınacaq verməyə hazır deyillər və hətta didərginlərə qarşı laqeydlik və sərtliklə onların həyat şəraitinin ağırlaşmasına bais olur və hər gün mühacirlər qarşısına daha çox məhdudiyyələr qoyurlar.
Kobudluq, təhqiredici rəftarlar, həmçinin didərginlərlə mühacirlərin döyülmələri təhlükəsilik qüvvələri, polis və irqçilərin onların vasitəsi ilə didərginləri qarşılamağa getdikləri hərəkətlərdir.
2015-ci ilin əvvəllərindən az gün ola bilər ki, Avropa ölkələrində didərginlərin döyülmələri və onlarla kobud rəftar barədə xəbərlər yayılmamış olsun.
Bu halların birində yüzlərlə suriyalı mühacir cari ilin sentyabrında Makedoniyaya daxil olanda sərhəd və polis qüvvələrinin kobud rəftarları ilə üzləşdi. Bu toqquşmada polis mühacirləri döyməyə başladı və başgicəlləndirən qumbaralardan istifadə etdi. Bu mühacirlərin böyük bir hissəsi həmin toqquşmalarda ağır yaralandı. Bu toqquşmada polis dəyənək və gözyaşardıcı qazdan istifadə etdi.
Təhlükəsizlik qüvvələrinin mühacirlərlə rəftarı elə olubdur ki, Beynəlxalq Amnistiya Təşkilatı iyulun 8-də mühacirlərin durumu barədə bir xəbər yayaraq, blldirdi: Makedoniya sərhədlərində mühacirlərlə elə rəftar olunubdur ki, sanki iğtişaşçılar ilə mübarizə aparılır. BMT də iyulun 16-da bu haqda yaydığı məlumatda bildirdi ki, Yunanıstan-Makedoniya sərhədinə hakim kəsilmiş şərait böhranlıdır və bu iki ölkənin hökumətləri tez bir zamanda vəziyyətə nəzarət etməlidirlər.
BMT-nin insan haqları üzrə baş komissarı da Makedoniya sərhədlərində vəziyyətin ağırlaşması haqda xəbərdarlıq edib. Zəyd Rəəd Əlhussəyn avqustun 13-də bir bəyanat yayaraq, Avropa ölkələrindən istədi ki, mühacirlərlə rəftar qarşısındakı öhdəliklərinə sadiq qalsınlar.
O, həmçinin mühacirlər məsələsi ilə üzləşən bütün Avropa ölkələrindən istədi ki, dialoq yolu ilə bu böhrana son qoysun və bütün didərginlərin insan haqlarına dəstək verməyə sadiq qalsınlar.
Rəəd Əlhussəyn bu barədə deyib ki, əksər Avropa ölkələrinin mühacirlər haqda siyasəti və dialoquna çevrilmiş təhlükəsizlik və insan haqlarının durumundan son dərəcə nigarandır. O, habelə mühacirlərin saxlanıldıqları mərkəzlərin istintaq düşərgələrinə və zindana çevrilməsi barədə xəbərdarlıq edib.

Teqlər