Noy 05, 2015 11:44 Asia/Baku
  • Lavrov: Seçkilər Bəşşar Əsədin gələcəyi barədə sınağın yeganə yoludur
    Lavrov: Seçkilər Bəşşar Əsədin gələcəyi barədə sınağın yeganə yoludur

Rusiya xarici işlər naziri Sergey Lavrov BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Mistura ilə Moskvada keçirdiyi müştərək mətbuat konfransında deyib: Suriyanın gələcək quruluşu barədə qərarın verilməsi məsələsi bu ölkə xalqının üzərindədir.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Lavrov Stefan De Mistura ilə müzakirədən sonra əlavə edib: Suriyada hər bir rəsmi və siyasi şəxsiyyət də xalqın tərəfindən seçilməlidir.
Lavrov deyib: 2012-ci il iyun iclasının bəyanatında həmçinin vurğulanıb ki, Suriyanın müqəddəratı digərlərinin deyil, bu ölkə xalqının haqqıdır və hazırda suriyalıların hansı hissəsinin prezidentin tərəfində olması barədə müzakirə aparmaq olar. Lakin yeganə sınaq yolu ictimai rəyə müraciət etməkdir və biz bu sınaq üçün hazırıq.
Lavrovun sözlərinə görə, İŞİD və əl-Nüsrə Cəbhəsi kimi terror qruplaşmaları BMT-nin terrorçu qruplaşmalar siyahısındadır. Lakin digər oxşar qruplaşmaların belə vəziyyəti yoxdur. Buna görə, bu qruplaşmaların adları açıq-aşkar şəkildə terror qruplaşmaları siyahısına salınmalıdır.
Lavrov və De Misturanın müzakirə mehvəri Suriyanın vəziyyəti və bu ölkə böhranının siyasi həll yolu üçün mümkün yolların araşdırılması olub.
BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Moskva səfərində Suriyaya səfəri və bu ölkə rəsmiləri ilə müzakirələrinin nəticəsini Rusiya tərəfinə təqdim edib.
Bu müzakirələrdə iki tərəf beynəlxalq ictimaiyyətin 2012-ci il Cenevrə iclasının bəyanatına əsasən dinc yollardan istifadə olunaraq Suriya böhranının həllinə köməyinin artırılmasının vacibliyini vurğulayıb.

Teqlər