İsrail ilə xüsusi əlaqələr dövrü başa çatdı
Noy 07, 2015 12:42 Asia/Baku
Kanadanın yeni xarici işlər naziri yeni Nazirlər Kabinetinin ilk iclasının ardınca Kanadanın Yaxın Şərq ilə bağlı xarici siyasətində ciddi və böyük dəyişiklikdən xəbər verib.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Stefan Dion Kanadanın yeni hökumətinin Yaxın Şərq olayları qarşısında yeni baxışa malik olacağını vurğulayıb.O deyib: Kanada öz baxışlarını dəyişəcək və Yaxın Şərqdə sədaqətli bir vasitəçi ölkəyə çevriləcək.
Stefan Dionun sözlərinə görə Kanada Yaxın Şərqdəki bütün qanuni və legitim şərikləri ilə əlaqələrinin səviyyəsini artırmaq qərarına gəlib.
Kanadanın yeni xarici işlər naziri təsirli bir müttəfiqə çevrilmək üçün Kanadanın Yaxın Şərqdəki qanuni və legitim şərikləri ilə əlaqələrini yaxşılaşdırmaq niyyətində olduğunu da deyib.
Dion xüsusilə Beyrut ilə əlaqələrin möhkəmləndirilməsinə təkid edib və deyib: Faydalı ola bilmək üçün qanuni şəriklərimiz ilə əlaqələrimizi yaxşılaşdırmalıyıq və bu, bizim görəcəyimiz işdir.
Kanadanın yeni xarici işlər naziri həmçinin deyib: İsrail də dərk edir ki, Kanada təsirli ola bilməsi üçün İsrailin ətrafında yerləşən ölkələr ilə əlaqələrini möhkəmləndirməli, yararsız bir qüvvədən, təsirli bir qüvvəyə çevrilməlidir. Təəssüflər olsun ki, Suriya məsələsində Kanada məhz yararsız bir qüvv oldu.