Lavrov: Suriyadan kənar oyunçular bu ölkə müzakirələrinin nəticələrini öncədən təyin etməməlidirlər
Noy 12, 2015 09:05 Asia/Baku
Rusiya xarici işlər naziri bildirib: Suriyadan kənar oyunçular bu ölkə ilə bağlı müzakirələrin nəticələrini öncədən təyin etməməlidirlər.
Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə günü iranlı həmkarı Məhəmməd Cavad Zəriflə telefon söhbətindən sonra Suriyadan kənar oyunçulardan bu ölkənin məsələləri üzrə anlaşmanın əldə olunmasına kömək etmələrini istəyib.Rusiya Xarici İşlər Nazirliyi Zərif və Lavrovun telefon söhbətindən sonra bir bəyanatda bildirib: Kənar oyunçular anlaşmaya çatmaq üçün tərəflərə kömək etməlidirlər. Suriyalı-suriyalı müzakirələr üçün əvəzedici təyin etməməli və yaxud bu müzakirələrin nəticələrini proqnoz etməyə çalışmamalıdırlar.
Bu məlumata görə, Lavrov və Zərif bu telefon söhbətində terrorizmlə mübarizə üçün beynəlxalq səhlərdə koordinasiya və konstruktiv funksiyaların zəruriliyi və suriyalı-suriyalı müzakirələrin başlanmasını vurğulayıblar.
Rusiya və İran xarici işlər nazirlərinin telefon söhbəti ilə yanaşı qeyd edək ki, Suriya barədə müzakirə üçün beynəlxalq iclas 14 noyabrda Avstriyanın Vyana şəhərində keçiriləcək.