Almaniyanın Fransadan casusluğu
Noy 12, 2015 19:06 Asia/Baku
Almaniyanın Amerikanın casusluq xidmətləri üçün Fransadan casusluğu rezonans doğurub.
IRIB-nin məlumatına görə, Amerika dəfələrlə müxtəlif sahələrdə Fransadan casusluq edib, amma bu casusluqların ən yenisində amerikalılar birbaşa şəkildə Fransadan casusluq macərasına daxil olmayıblar və bu casusluqda Almaniyanı bir vasitə qərar veriblər.Frransanın Almaniyadakı səfirliyi bu barədə Berlinin şəffaf izahatını istəyib.
Fransanın xarici işlər naziri Loran Fabius bu haqda deyib: Hətta bu mövzu barədə fikirləşmək belə, bizim üçün olduqca xoşagəlməzdir.
Bir Almaniya mediası ifşa edibdir ki, Almaniyanın casusluq xidmətləri Yelisey sarayından, Loran Fabiusun özündən və Avropa Komissiyasından casusluq ediblər.
Hələ Almaniya və ABŞ başçıları rəsmi surətdə bu xəbərə reaksiya verməyiblər. Bundan öncə Amerika birbaşa surətdə Yelisey sarayından, Fransanın Xarici İşlər Nazirliyindən və bu ölkənin sənaye, nüvə, dərman və hava-kosmos sektorlarından casusluq etmişdi.
Amerika daim bildirir ki, terrorizmlə mübarizə üçün casusluğa əl atır. Amma Amerikanın casusluqlarının qurbanı olan ölkələr dəfələrlə bildiriblər ki, Vaşinqton terrorizmlə mübarizə məsələsindən konkret hədəflərlə özünün qanunsuz və gilzi casusluqları üçün bir bəhanə kimi istifadə edir.