Rusiya: Qərb Paris aktları xəbərdarlığı ilə terrorizm əleyhinə real strategiya seçsin
https://azeri.sahartv.ir/news/dünya-i199631-rusiya_qərb_paris_aktları_xəbərdarlığı_ilə_terrorizm_əleyhinə_real_strategiya_seçsin
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov təkfirçi terror qruplaşmalarının beynəlxalq səhnədəki hərəkətlərini xəbərdaredici adlandıraraq ümidvarlıq edib ki, Paris hadisələri Amerika və qərb ölkələrinin terrorizmlə mübarizədəki öz strategiyasını dəyişmələrinə səbəb olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 15, 2015 13:13 Asia/Baku
  • Rusiya: Qərb Paris aktları xəbərdarlığı ilə terrorizm əleyhinə real strategiya seçsin
    Rusiya: Qərb Paris aktları xəbərdarlığı ilə terrorizm əleyhinə real strategiya seçsin

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov təkfirçi terror qruplaşmalarının beynəlxalq səhnədəki hərəkətlərini xəbərdaredici adlandıraraq ümidvarlıq edib ki, Paris hadisələri Amerika və qərb ölkələrinin terrorizmlə mübarizədəki öz strategiyasını dəyişmələrinə səbəb olacaq.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İTAR-TASS İnformasiya Agentliyi bu gün Ryabkova istinadla bildirib: Dəhşətli Paris terror aktının baş verməsi ilə hamının öz yerinin vacibliyini tapması və Vaşinqton və NATO-ya üzv digər ölkələrin terrorizm fenomeni ilə mübarizə üçün öz prioritetlərini dəyişdirmələri mümkündür.
Ryabkov həmçinin Türkiyədə keçirilməkdə olan G-20 iclasına toxunaraq deyib: Terrorizmlə mübarizə Antaliya müzakirələrinin iş gündəminə salınıb.
Rusiya dəfələrlə Suriyaya qarşı terrorizmi dəstəkləyən bir neçə ərəb və qərb ölkəsinə xəbərdarlıq edib ki, terror qruplaşmalarının güclənməsi onların əməliyyatlarının müxtəlif ölkələrə genişlənməsi ilə nəticələnəcək.
Suriyaya qarşı cəbhənin 7 ölkəsi ABŞ, İngiltərə, Fransa, Almaniya, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı sionist rejimlə birlikdə 5 il öncədən Bəşşar Əsəd hökumətini devirmək məqsədilə dünyanın hər bir yerindən radikal terrorçuları Suriyaya ezam etməklə, həmçinin əl-Nüsrə Cəbhəsi və İŞİD kimi terror qruplaşmalarının təşkil edərək gücləndirməklə hərəkətə keçdilər. Rusiya Federal Təhlükəsizlik Xidmətinin son hesabatına əsasən, dünyanın 100 ölkəsindən 30 min terrorçu İraq və Suriyada terrorçu qruplaşmaların sıralarında döyüşürlər.