Stratfor: Fransa ehtimal üzrə Suriyaya quru qüvvə ezam edəcək
https://azeri.sahartv.ir/news/dünya-i199636-stratfor_fransa_ehtimal_üzrə_suriyaya_quru_qüvvə_ezam_edəcək
Amerikanın bir institutu bildirib ki, Paris terror aktlarından sonra, ehtimal üzrə Fransa Suriyaya xüsusi qüvvə ezam edəcək ki, İŞİD terror qruplaşması ilə mübarizə aparsın.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 15, 2015 14:06 Asia/Baku
  • Stratfor: Fransa ehtimal üzrə Suriyaya quru qüvvə ezam edəcək
    Stratfor: Fransa ehtimal üzrə Suriyaya quru qüvvə ezam edəcək

Amerikanın bir institutu bildirib ki, Paris terror aktlarından sonra, ehtimal üzrə Fransa Suriyaya xüsusi qüvvə ezam edəcək ki, İŞİD terror qruplaşması ilə mübarizə aparsın.

Səhər Beynəlxalq Televiziyasının Təsnim İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Stratfor İnstitutunun təhlilçiləri bu qənaətdədirlər ki, 129 nəfərin ölməsi ilə nəticələnən son Paris terror aktlarından sonra Fransa ehtimal üzrə İŞİD terror qruplaşması ilə mübarizə aparmaq üçün Suriya ərazisinə xüsusi qüvvə ezam edəcək.
Təhlilçilər əlavə ediblər: Fransanın İŞİD-in hücumlarının əvəzini çıxmaq üçün çoxlu seçimləri vardır. Lakin Parisin son terror aktlarına reaksiyası sonda bu hücumların məsuliyyətinə üzərinə götürənin hansı tərəf olacağı ilə bağlıdır.
Əgər 13 noyabr Paris aktlarının əsas amilinin İŞİD olması bəlli olarsa, o zaman Fransa Suriya ərazisində hava əməliyyatını gücləndirəcəkdir.
Stratfor bildirib: Əlbəttə Suriya səması elə indiyə qədər koalisiya qırıcıları, eləcə də Rusiya təyyarələri ilə dolmuşdur. Elə buna görə, Fransa ehtimal üzrə İraqda və digər ölkələrdə İŞİD əleyhinə hücumlarını gücləndirəcək.
Əlbəttə Stratfor təhlilçiləri proqnoz edirlər ki, Fransa ehtimal üzrə "İŞİD əleyhinə qüvvələrin təlimi və dəstəyi" proqramını gücləndirəcək və yaxud hətta İŞİD başçılarına qarşı komandosların əməliyyat keçirməsinə şərait yaradacaq.