Mahatir Məhəmməd Paris terror aktlarına görə İsrailin məsuliyyət daşıdığını dedi
Noy 16, 2015 13:24 Asia/Baku
-
Mahatir Məhəmməd Paris terror aktlarına görə İsrailin məsuliyyət daşıdığını dedi
Malayziyanın sabiq baş naziri işğalçı İsrail rejiminin cinayətlərini qınayıb və deyib: Paris terror aktlarının arxasında sionist dövlətinin təsis edilməsi dayanır.
İRNA-nın məlumatına görə, Mahatir Məhəmməd cümə günü Parisdə 132 nəfərin ölməsi və yüzlərlə nəfərin yaralanması ilə nəticələnən terror aktlarına və 1948-ci ildə sionist dövlətin təsis edilməsinə işarə edərək, bu gün dünyanın üzləşdiyi terrorizm və zorakılıqların kökündə işğalçı İsrail rejiminin varlığının dayandığını bildirib.Mahatir Məhəmməd əsasən dini məsələlərdə ifratçı qruplara işarə olunan "fədayi" termininə işrə edərək, deyib: Bu termin ilk miladi əsrində yəhudilərin Roma imperatorluğuna qarşı siyasi cərəyanına aid edilir.
O, daha sonra deyib: Bu ifratçı yəhudilər öz siyasi məqsədlərinə nail olmaq üçün sadəcə romalılar və yunanlılara qarşı deyil, özləri ilə eyni fikirdə olmayan yəhudilərə qarşı belə zorakılığın müxtəlif formalarından istifadə edirdilər.
Yeni Malayziyanın memarı sayılan Mahatir Məhəmməd əlavə edib: İrgün, Ləha, Haqana və Palmax kimi sionist silahlı qruplaşmalar İsrailin təsis edilməsinə nail olmaq üçün Böyük Britaniya hərbçiləri və siyasi liderlərinə qarşı hücumların təşkil edilməsi və təzyiqlərin göstərilməsi kimi vasitələrdən istifadə ediblər. Daha sonra isə yəhudilər bu metoddan fələstinlilərə qarşı istifadə etməyə başladılar.
Mahatir Məhəmməd sözlərinin davamında sionistlərin terror fəaliyyətlərinə və onların işğal edilmiş əraziləri nəyin bahasına olursa olsun qorumağa səy göstərmələrinə işarə edərək, deyib: Fələstinlilərin yenidən öz doğma torpaqlarına geri qayıtmaları üçün bir çıxış yolu tapılmayana qədər terror hücumları azalmayacaq.