Paris sui-qəsdləri barədə təhqiqatdan əldə olunmuş son nəticələr
Noy 16, 2015 17:06 Asia/Baku
-
Paris sui-qəsdləri barədə təhqiqatdan əldə olunmuş son nəticələr
Təhqiqatçılar cümə günkü Paris terror sui-qəsdləri amillərindən bir çoxunu aşkarlayıblar.
Frans-Press-in məlumatına görə, Parisin baş prokuroru Fransua Mullenin sözlərinə görə, cümə günkü Paris terror sui-qəsdləri amillərindən beş nəfər, o sıradan bu əməliyyatın komandanı aşkarlanıb. Təhqiqatçılar Suriyada İŞİD təkfirçi qrupunun cəlladlarından biri olan 27 yaşlı Əbdulhəmid Əbud adlı şəxsi cümə günkü Paris terror əməliyyatının komandiri kimi təqdim ediblər. Suriya pasportuna malik olan sui-qəsd amillərindən birinin adı Əhməd Əl-Muhəmməddir. Onun 25 yaşı var, Suriyada anadan olub. Paris ətrafında anadan olmuş 28 yaşlı Sami Emimor da sui-qəsd amillərindən digər birisi kimi təqdim olunub. O, 2012-ci ilin 19 oktyabrında terror qruplarına qatılmaq üzrə səy və terror addımları ittihamı ilə həbs olunmuşdu. O, 2013-cü ilin oktyabrında Suriyada Əl-Qaidə qüvvələrinə qoşulmuşdu. Sui-qəsd amillərindən başqa iki nəfəri də Paris prokuroru tərəfindən 30 yaşlı Bilal Həzfi və 31 yaşlı İbrahim Əbdüssəlam kimi təqdim olunub. Bu iki fransız ekstremist Belçika sakini olubdur.Cümə günkü Paris qanlı sui-qəsdlərinin nəticəsi indiyədək 132 ölü və 350-dən çox yaralı olubdur.