Noy 17, 2015 09:24 Asia/Baku
  • Fransa prezidenti İŞİD-ə qarşı Rusiya ilə koalisiyanın yaradılmasını istəyib
    Fransa prezidenti İŞİD-ə qarşı Rusiya ilə koalisiyanın yaradılmasını istəyib

Fransa prezidenti İŞİD terror qrupuna qarşı Rusiya ilə koalisiyanın yaradılmasını istəyib.

Frans-Press-in məlumatına görə, Fransa prezidenti Fransua Olland bazar ertəsi günü bildirib ki, İŞİD-lə mübarizə üçün geniş bir koalisiyanın yaradılması məqsədi ilə qarşıdakı günlərdə Amerika prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putinlə görüş keçirəcək.
Olland əlavə edib ki, BMT-nin Təhlükəsizlik Şurasından terrorizm qarşısında hərəkət üzrə müştərək iradə barədə bir qətnamənin qəbul edilməsini istəyib.
Fransa prezidenti deyib: Doğrudan da geniş və vahid bir koalisiya çərçivəsində terrorizm ilə mübarizə edə bilən bütün kəslərin bir araya gəlmələri zəruridir.
Olland 130-dan çox insanın ölümü ilə nəticələnmiş son Paris hücumlarından, eləcə də Fransanın Suriyada İŞİD-in mnövqelərinə qarşı bazar günü axşamkı hücumlarından sonra deyib ki, Fransa Suriyadakı əməliyyatlarını şiddətləndirəcək və qarşıdakı həfətlər ərzində bu hücumları davam etdirəcəkdir.
Fransa prezidenti həmçinin İŞİD ilə mübarizə yolunda heç bir dayanma və geri çəkilmənin olmayacağını bildirərək, deyib ki, "Şarl Du Gol" təyyarədaşıyan gəmisi cümə axşamı günü ehtimal üzrə Fars körfəzinə yola düşəcək.

Teqlər