Putin: "G20 ölkələrindən bir neçəsi İŞİD-in maliyyə mənbəyidir"
Noy 17, 2015 17:48 Asia/Baku
-
Putin: "G20 ölkələrindən bir neçəsi İŞİD-in maliyyə mənbəyidir"
"G20 sammiti"nin bağlanış mərasimində çıxış edən Rusiya prezidenti Vladimir Putin İŞİD-in xarici ölkələr tərəfindən maliyyələşdirilməsinə diqqət çəkərək, "İŞİD 40 ölkədən maliyyə dəstəyi alır. Bunlar arasında G20 üzvləri də var", - deyə bildirib.
G20 ölkələri liderlərinə İŞİD-in maliyyə əlaqələri ilə bağlı məlumat verən Putin, "həmkarlarıma terrorçuların qeyri-qanuni neft ticarətini sübut edən kosmosdan və təyyarə vasitəsilə çəkilən fotoları göstərdim. (Fotolarda görünən) neft yüklü konvoyların uzunluğu kilometrlərlədir", - deyə qeyd edib.Suriyada problemlərin həlli üçün izlənməli olan mərhələləri açıqlayarkən Putin "İlk olaraq İŞİD-i məğlub etməliyik. Ancaq bundan sonra Suriyada həyata keçirilməli olan islahatları müzakirə edə bilərik", -deyib.