Pol Rayanın qeyri-humanist istəyi: Mühacirləri qovun!
Noy 18, 2015 10:00 Asia/Baku
ABŞ Nümayəndələr Məclisinin sədri digər ölkələrdən mühacirlərin çıxarılmasını istəyib.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ Nümayəndələr Məclisinin yeni sədri Pol Rayan Paris terror olaylarına işarə edərək, bunun arxasında suriyalı mühacirlərin dayandığını iddia edib.Rayan Vaşinqtonda bir mətbuat konfransında digər ölkə başçılarından istəyib ki, mühacirlərin girişini önləsinlər və digər mühacirləri də ölkədən çıxartsınlar.
Rayandan öncə ABŞ-ın Respublikaçılar partiyasının bir qrup üzvü də bu ölkə hökumətindən suriyalı mühacirləri qəbul etməməsini istəmişdi.
Paris terror hücumlarının ardınca Avropa və Amerika ölkələrində yeni islamofobiya dalğası başlanıb. Amerika və Avropadakı mühafizəkar və radikal millətçi partiyalar mühacirlərin ölkədən çıxarılmasını istəyirlər.