Noy 18, 2015 13:27 Asia/Baku
  • AB Fransanın anti-terror istəyi ilə razılaşdı
    AB Fransanın anti-terror istəyi ilə razılaşdı

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi birliyin 28 üzvünün də Paris terror hücumlarının ardınca, Fransanın terrorizm ilə mübarizədə hərbi dəstək istəyi ilə razılaşmasından xəbər verib.

Federika Moqerini çərşənbə axşamı Brüsseldə Fransanın müdafiə naziri Jan İv Luderyan ilə birgə mətbuat konfransında deyib: Avropa Birliyi bütün üzv ölkələrin razılığı ilə terrorizm ilə mübarizədə Fransaya hərbi dəstəyin verilməsi təklifi ilə razılaşdığını bildirdi.
F.Moqerini əlavə edib: Fransa Lissabon müqaviləsinin Avropa Birliyinə üzv ölkələrdən birinə hücumun edildiyi təqdirdə həmrəyliyə təkid edən 42-7 maddəsini əsas tutaraq, yardım çağrışı edib.
Moqerini həmçinin deyib: Bu, Avropa Birliyi tarixində heç bir zaman ondan istifadə edilməyən bir maddədir.
Fransanın müdafiə naziri Brüsseldə keçirilən AB ölkələri müdafiə nazirlərinin iclasında Fransanın İraq, Suriya və Afrikadakı hərbi əməliyyatlarına AB tərəfindən dəstəyin verilməsini istəmişdi.

Teqlər