Parisin şimalında qanlı təhlükəsizlik əməliyyatı sona çatıb
Noy 18, 2015 17:17 Asia/Baku
-
Parisin şimalında qanlı təhlükəsizlik əməliyyatı sona çatıb
Fransa polisi ilə son Paris terror aktı ilə əlaqədar şübhəlilər arasında bu şəhərin şimal ətrafında yerləşən Sent Denis məntəqəsindəki silahlı toqquşma 2 nəfərin həlak olması, bir qrupun yaralanması və 7 nəfərin həbs olunması ilə sona çatıb.
Səhər Beynəlxalq Televiziyasının əl-Həds telekanalına istinadla verdiyi məlumata görə, Parisin şimalında bu gün baş verən silahlı insidentdə 2 terrorçu öldürülüb, 7 nəfər də həbs olunub. Ölənlərdən biri kamikadze qadın olub.Bu kamikadze qadın polisin Parisin şimalındakı mənzillərdə axtarış apardığı zaman üzərindəki partlayıcı qurğunu işə salıb.
Fransa təhlükəsizlik qüvvələrinin bu əməliyyatı son Paris terror aktlarının düşünən beyni adlandırılan Əbdülhəmid Əbaudun həbsi olub.
Bugünkü silahlı insidentdə 4 polis və bir sakin də yaralanıb.
İnsident Parisin şimalında Sent Denis məntəqəsində polislərin şübhəli şəxsləri həbs etmək üçün binaya hücum etdiyi zaman başlanıb.
Fransa ordusunun yüzdən çox qüvvəsi Sent Denis məhəlləsində yerləşdirilib.
Parisin şimalında orta məktəblər bu toqquşma ardınca bağlanıb.
Fransa hökuməti prezident Fransua Olland, baş nazir və daxili işlər nazirinin iştirakı ilə Elissey sarayında fövqəladə iclas keçirib.
Fransa dövlətinin sözçüsü Stefan Lofal Parisdə keçirdiyi mətbuat konfransında komendant saatının müddətinin uzadıldığını bildirib.
Parisdəki aktlar barədə polisin araşdırmalarına yaxın mənbələr çərşənbə axşamı günü bildiriblər ki, bir video-kadr cümə gecə Paris hücumlarındakı 9-cu terrorçunu təsdiqləyib.
Bu terrorçu İbrahim Abdussalam adlı bir şəxs restoranda öz üzərindəki partlayıcını partladıb və qardaşı Səlah da mütləq onunla birlikdə olub.
Bu video-görüntüyə əsasən bundan əlavə 3-cü şəxs də vardır ki, ehtimal üzrə fəraridir. Yada ki, Səlahın ehtimal olunan iki əlbirindən biridir ki, Belçikada həbs olunub.
Başqa bir məlumata görə, Paris terror aktlaırnın belçikalı şübhəlisi Səlah Abdussalamın tapılması üçün Fransa və Belçikada axtarış əməliyyatları davam edir.
Fransa və Belçika polisi ötən gecə Paris aktlarının yeganə canlı qalan terrorçusu ehtimal olunan Səlah Abdussalamın müəyyənləşməsi üçün yüzlərlə məntəqəyə basqın edib.
Fransa daxili işlər naziri Bernar Kazanovun sözlərinə görə, terrorçuların axtarışı üçün təxminən 115 min təhlükəsizlik və polis məmuru səfərbər olunub. Bir çox Avropa ölkəsi, xüsusilə Almaniya və İngiltərədə güclü təhlükəsizlik tədbirləri görülüb.
Məlumatlı mənbələr bildiriblər ki, Fransanın Şarl Dogel təyyarədaşıyan gəmisi göyərtəsində 26 qırıcı təyyarə ilə çərşənbə günü Şərqi Aralıq dənizinə getmək üçün Fransanı tərk edib ki, İŞİD terror qruplaşması ilə mübarizə aparsın.
Cümə günü Parisdə terror aktları nəticəsində 132 nəfər həlak olub, 352 nəfər də yaralanıb.