Moqerini: Ərak reaktorunun rekonstruksiyası sənədinin imzalanması nüvə anlaşmasının icrasının mühüm mərhələsi idi
Noy 23, 2015 13:33 Asia/Baku
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federiko Moqerini Ərak reaktorunun rekonstruksiyası ilə bağlı sənədin İran və 5+1 qrupu tərəfindən imzalanmasını, nüvə anlaşmasının icra mərhələsinin mühüm hissəsi adlandırıb və bu sənədin mətnini yayımlayıb.
İRNA-nın məlumatına görə, bu bəyanatda deyilir: İran və 5+1 qrupu arasında əldə olunmuş nüvə anlaşmasının mühüm bəndlərindən biri İranın Ərak ağırsu reaktorunun müasirləşdirilməsi idi.AB-nin xarici siyasət üzrə məsul şəxsi əlavə edib: Ərak ağırsu reaktorunun rekonstruksiyası ilə bağlı öhdəliklərin yerinə yetirilməsi məsələsi bu sənədin imzalanması ilə yekunlaşıb.
Moqerini bu sənədin İran və 5+1 qrupu ölkələrinin xarici işlər nazirləri və onun tərəfindən imzalandığını deyib.
Sənədin mətni AB-nin rəsmi internet səhifəsində yayımlanıb.
Bu sənəd tərəflərin öncəki öhdəliklərini xatırladaraq, Ərak reaktorunun rekonstruksiyası ilə bağlı 9 bənddən ibarət yeni öhdəliklər təyin edir.