Ban Ki-moon Rusiya və Türkiyədən gərginliyi azaltmağı istəyib
https://azeri.sahartv.ir/news/dünya-i200010-ban_ki_moon_rusiya_və_türkiyədən_gərginliyi_azaltmağı_istəyib
BMT-nin baş katibi Türkiyə tərəfindən Rusiya qırıcısının vurulmasından sonra yaranmış gərginliyin azaldılması üçün təcili tədbirlərin görülməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 25, 2015 06:21 Asia/Baku
  • Ban Ki-moon Rusiya və Türkiyədən gərginliyi azaltmağı istəyib
    Ban Ki-moon Rusiya və Türkiyədən gərginliyi azaltmağı istəyib

BMT-nin baş katibi Türkiyə tərəfindən Rusiya qırıcısının vurulmasından sonra yaranmış gərginliyin azaldılması üçün təcili tədbirlərin görülməsini istəyib.

Frans-Press-in məlumatına görə, Ban Ki-moonun sözçüsü Stefan Ducarik deyib: BMT-nin baş katibi ümid edir ki, bu hadisə haqda mötəbər və sədaqətli araşdırma aparılacaq.
O, qeyd edib ki, BMT-nin baş katibi son dərəcə nigaranlıq ifadə edib və bütün məsul tərəflərdən istəyibdir ki, bu gərginliyi azaltmaq üçün təcili tədbirlər görülsün.
Ban Ki-moonun sözçüsü bildirib: Türkiyə ilə Rusiya arasında baş vermiş olay göstərir ki, Suriyada faciəli hadisələrin baş verməsinin qarşısının alınması üstündə razılaşma zəruri məsələdir.