Qırıcının vurulması; Türkiyənin təhrikedici hərəkəti
Noy 25, 2015 15:45 Asia/Baku
-
Qırıcının vurulması; Türkiyənin təhrikedici hərəkəti
Rusiyanın xarici işlər naziri Moskvada keçirdiyi mətbuat konfransında Türkiyənin rus qırıcısını vurmaq üzrə addımını təhrikedici hərəkət adlandırıb.
IRIB-nin məlumatına görə, Sergey Lavrov deyib: Rus təyyarəsinin vurulması barədə müxtəlif təsvirlərin yayılması bu məsələni sübut edir ki, bu hadisə öncədən planlaşdırılıbmış. Türkiyə bizim qırıcını İŞİD-in neft tankerlərinin bombalanmasından sonra vurubdur.O, əlavə edib: Hava hücumlarına məruz qalmış məntəqələrdə yüzlərlə silahlı şəxs olub.
Lavrov deyib: Rus təyyarə Suriyanın hava məkanı daxilində, Türkiyə sərhədlərindən 4 kilometrlik məsafədə uçurmuş.
Lavrov əlavə edib: Biz Türkiyə ilə müqavilələrimizi yenidən nəzərdən keçirəcəyik. NATO-nun Avropa İttifaqındakı nümayəndələri Rusiyanın hərbi təyyarəsinin vurulması barədə yalan danışmağa çalışırlar. Türkiyə bizə bu ölkənin hava məkanının pozulması barədə xəbərdarlıqlar göndərdi, amma təyyarə Suriyanın hava məkanı daxilində olub.
Lavrov əlavə edib: Bizim bəzi şəriklərimiz xəbər veriblər ki, Türkiyə bu rus bombardmançı üçün hava pusqusu qurubmüş. Terrorçuların təlimi və maliyyələşdirilməsi üçün Türkiyə ərazisindən istifadə son dərəcə təhlükəli məsələdir.
Lavrov deyib: Biz Türkiyə ilə əlaqələri ciddi surətdə nəzərdən keçirəcəyik. Rusiyanın hərbi təyyarəsinin vurulmasını cavabsız qoya bilmərik.
Teqlər