Rusiyanın Türkiyə ilə ticarət müharibəsi
Noy 26, 2015 12:58 Asia/Baku
Türkiyənin Rusiya qırıcı təyyarəsini vurması ardınca Rusiya Türkiyədən idxal olunan ərzaq maddələrinə sərt nəzarət tətbiq edir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Rusiya dekabr ayının əvvəlindən Türkiyədən idxal olunan toyuq ətində ziyanverici bakteriyaların aşkarlandığına görə, bu ölkədən toyuq əti idxalını dayandıracaq.Rusiya ilə Gürcüstan arasında Lars bölgəsində rus gömrük rəsmiləri Türkiyənin yük maşınlarının Rusiyaya girişinin qarşısını alıblar. Bir qrup sürücü Gürcüstana qayıtmaq və Azərbaycan Respublikasına doğru hərəkət etmək məcburiyyətində qalıblar və çoxlu sayda yük maşını da bölgədə dayanıb.
Hal-hazırda Türkiyədə on min rus turistin olduğunu və beş min nəfərin də xristian yeni ili istirahət günlərini keçirmək üçün qeydiyyata düşdüyü bir halda Rusiyanın turizm şirkətləri Türkiyə turist ezam etməyi dayandırıblar.
Həmçinin Rusiyada türk paltarlarının satın alınmasından çəkinmək üzrə hərəkat başlanıb. Halbuki Rusiya türk geyimi idxal etmək yolu ilə Türkiyənin geyim sənayesinə ildə 7 milyard dollar ödəyir.
Rusiya Türkiyədən idxal etdiyi meyvə və ərzaq məhsullarının yerinə İran, Azərbaycan Respublikası, Özbəkistan, Mərakeş, Argentina və digər ölkələrdən kənd təsərrüfatı məhsulları idxal edəcəkdir.
Teqlər