Rusiya Türkiyə kənd təsərrüfatı məhsulları üçün alternativ axtarır
Noy 27, 2015 09:17 Asia/Baku
-
Rusiya Türkiyə kənd təsərrüfatı məhsulları üçün alternativ axtarır
Rusiya Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalını dayandırmaq üçün alternativ ölkələr ardıncadır.
Sputnik informasiya agentliyi bildirir ki, İran, Azərbaycan, Özbəkistan, Mərakeş, Cənubi Afrika, Argentina və digər ölkələr Türkiyə məhsullarını əvəz edəcək alternativ ölkələr sayılırlar.Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tukaçov ölkəsinin Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalını dayandırması ehtimalı barədə deyib: Əhali bu məhsulların qıtlığını hiss etməyəcək və bazarlarda Türkiyənin yoxluğu hiss olunmayacaq.
Rusiya kənd təsərrüfatı nazirinin dediyinə görə, Ankara Rusiyadan ən iri toxum idxalçısıdır və iki ölkə arasında kənd təsərrüfatı əlaqələrinin kəsiləcəi halda Yaxın Şərq və Afrika ölkələri Türkiyəni əvəz edəcək alternativ ölkələr olacaqlar.
Türkiyənin Suriya ilə sərhəd məntəqədə Rusiyanın bir ədəd Su-24 qırıcısını vurması Moskva-Ankara əlaqələrini gərginliyə sürükləyib və iki ölkə əlaqələri müxtəlif sahələrdə bu gərginliyin təsiri altına düşüb.
Teqlər