Putin Rusiyada məzhəblər üzrə yeni qanun imzalayıb
Noy 29, 2015 20:53 Asia/Baku
-
Putin Rusiyada məzhəblər üzrə yeni qanun imzalayıb
Rusiya prezidenti Vladimir Putin "vicdan azadlığı və məzhəbi təşkillat" qanunu adı ilə məzhəblər barədə yeni bir qanun imzalayıb.
Bu qanuna əsasən, xarici məzhəbi təşkilatların və ya xaricdən maliyyə cəhətdən təmin olunan Rusiyadakı məzhəbi təşkilatların fəaliyyətinə nəzarət olunacaq.Rusiyanın Ədliyyə Nazirliyi məzhəblər barədə yeni qanuna əsasən, tapşırıq alıbdır ki, Rusiyanın milli maraqlarına və elan olunmuş hədəflərə zidd addımların atılmasına, həmçinin ekstremist və terror fəaliyyətlərinə şamil olan məzhəbi təşkilatlara şəkk etdiyi halda, bu təşkilatların fəaliyyətləri və maliyyə durumları barədə qəfil təftişlər keçirsin. Bundan əlavə, xaricdən maliyyə cəhətdən təmin olunan Rusiyadakı məzhəbi təşkilatlar elan olunmuş zaman cədvəlləri əsasında xarici maliyyə köməyinin miqdarı, idarə heyətinin üzvləri, məsul şəxslərin tərkibi və onların fəaliyyətləri haqda hesabat təqdim etməlidirlər.
Rusiyada məzhəblər üzrə yeni qanun bu ölkənin terrorizm və ekstremizmlə mübarizəsi istiqamətində qəbul olunubdur.