BMT-nin baş katibi Rusiya ilə Türkiyə arasındakı gərginliyin artmasından nigarandır
Noy 30, 2015 11:08 Asia/Baku
-
BMT-nin baş katibi Rusiya ilə Türkiyə arasındakı gərginliyin artmasından nigarandır
BMT-nin baş katibi Türkiyə tərəfindən Rusiya bombardmançısının vurulmasından sonra Rusiya ilə Türkiyə arasında yaranmış gərginliyin artmasından nigaranlıq ifadə edib.
Press TV-nin məlumatına görə, Ab-hava konfransında iştirak üçün Parisə səfər etmiş Ban Ki-moon Assoşieyted Press ilə müsahibədə Rusiya və Türkiyə rəsmilərindən istəyibdir ki, iki ölkə arasındakı gərginliyi azaltmaq üçün səy göstərsinlər.O, əlavə edib: Terrorçularla vuruşan ölkələr arasında gərginlik və ixtilaf terrorçuluq və ifratçılıqla mübarizə üzrə beynəlxalq səyləri təsir altına alır.
Türkiyə ötən həftə həmin ölkənin hava məkanını pozması bəhanəsilə Rusiyanın bir bombardmançısını vurub, yerə saldı. Türkiyənin hava məkanının pozulmasını rədd edən Rusiya öz reaksiyasında bu ölkəyə qarşı tənbehedici addmlar atıbdır.