Rusiya Türkiyəyə çarter uçuşlar və turizmi qadağan etdi
https://azeri.sahartv.ir/news/dünya-i200266-rusiya_türkiyəyə_çarter_uçuşlar_və_turizmi_qadağan_etdi
Rusiya baş nazirinin birinci müavini bildirib ki, Moskva Türkiyə qırıcısının rus bombardmançısına qarşı hücumuna qarşılıq olaraq, Türkiyəyə çarter uçuşlar və turizmi qadağan elan edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 30, 2015 17:35 Asia/Baku
  • Rusiya Türkiyəyə çarter uçuşlar və turizmi qadağan etdi
    Rusiya Türkiyəyə çarter uçuşlar və turizmi qadağan etdi

Rusiya baş nazirinin birinci müavini bildirib ki, Moskva Türkiyə qırıcısının rus bombardmançısına qarşı hücumuna qarşılıq olaraq, Türkiyəyə çarter uçuşlar və turizmi qadağan elan edir.

Rusiya baş nazirinin birinci müavini İqor Şuvalyev bildirib ki, Rusiya Türkiyəyə turizm paketlərinin satışını qadağan edib, həmçinin Tükriyəyə bütün çarter uçuşlar qadağan edilibdir.
Sputnik-in məlumatına görə, Şuvalyev bu haqda deyib: Türkiyəyə turizm paketlərinin satışı tez bir zamanda faktik olaraq, dayandırılır. Tükriyəyə çarter uçuşlar rus turistləri geri qaytarmaq üçün istifadə olunan uçuşlar çıxılmaq şərtilə qadağan olunur.
O, əlavə edib: İki ölkə arasında adi uçuşlara daha artıq nəzarətlər həyata keçiriləcək ki, lazımi təhlükəsizlik addımlarından əminlik əldə edilmiş olsun.
Rusiya baş nazirinin birinci müavini əlavə edib: Rusiyanın Türkiyəyə qarşı sanksiyaları 2015-ci ilin 31 dekabrından öncə imzalanmış müqavilələrə, həmçinin sənaye məhsullarına təsir göstərməyəcəkdir.
O, Rusiyanın nazirlər kabinetinin iclasında bu ölkənin baş naziri Dmitri Medvedyevə deyib: Hazırda icra olunmaqda olan tikinti müqavilələri və cari ilin 31 dekabrından öncəki müqavilələr sanksiyalara şamil olmur və Türkiyə fəhlələri ehtimal üzrə bu layihələr üzərindəki fəaliyyətlərini davam etdirəcəklər. 2016-cı ilin bir yanvarından sonra olacaq yeni müqavilələr üçün bu cür azadlıqlar mövcud deyil və dövlət onlar üçün xas lisenziyalar verməlidir.
Şuvalyev sonra deyib: Biz Rusiyada icra edilməkdə olan layihələrdə Türkiyə vətəndaşlarından istifadəni görməməzliyə vurmuruq, amma bu şəxslər son dərəcə şiddətli nəzarət altındadırlar.
Türkiyə ilə viza rejiminin tətbiqi Türkiyə vətəndaşlarının Rusiyaya daxil olmalarının məhdudlaşdırılması demək deyil və İqor Şuvalyev bu barədə deyib: Rusiya prezidentinin göstərişi əsasında Türkiyə vətəndaşları üçün viza rejimi Rusiyada gəzinti üçün vizanın alınması vaciblyi mənasındadır.
Cari ilin noyarbrın 24-də Rusiyanın SU-24M bombardmançısı Suriya ərazisində İŞİD-ə qarşı anti-terror əməliyyatı keçirərkən Türkiyənin F-16 tipli qırıcısı tərəfindən vuruldu. Türkiyə iddia edir ki, Rusiya bombardmançısı ölkəsinin hava məkanını pozub, amma Rusiya vurğulayır ki, Türkiyənin hava məkanını pozmayıbdır.
Kremlin sözçüsü Dmitri Peskov şənbə günü dedi ki, Rusiyanın SU-24M bombardmançısının vurulması Moskva-Ankara əlaqələrinə ağır xəsarət vurub və həmin günün sonlarında Moskva Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiya tətbiq etdi.
Rusiyanın Ria-Novosti xəbər agentliyi bildirib ki, Rusiya Ankaraya qarşı özünün yeni sanksiya paketinin bir hissəsi kimi Türkiyədən meyvə-tərəvəz idxalını məhdudlaşdırmaq niyyətindədir.
Rusiya baş nazirinin müavini Arkadi Durkoviç bildirib ki, meyvə-tərəvəz qadağası ola bilsin, bir neçə həftə təxirə düşmüş olsun ki, rus şirkətlərə yeni məhsullar tapmaları və qiymətlərin artması ilə mübarizə aparmaları üçün fürsət vermiş olsun.