Rusiya Türkiyənin İŞİD-ə köməyi barədə informasiyanı yayacaq
https://azeri.sahartv.ir/news/dünya-i200349-rusiya_türkiyənin_İŞİd_ə_köməyi_barədə_informasiyanı_yayacaq
Rusiyanın müdafiə naziri deyib ki, bu ölkə gələn həftə bir informasiya yayacaqdır ki, Türkiyənin təkfirçi-sionist İŞİD qrupuna kömək etdiyini göstərir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 03, 2015 06:14 Asia/Baku
  • Rusiya Türkiyənin İŞİD-ə köməyi barədə informasiyanı yayacaq
    Rusiya Türkiyənin İŞİD-ə köməyi barədə informasiyanı yayacaq

Rusiyanın müdafiə naziri deyib ki, bu ölkə gələn həftə bir informasiya yayacaqdır ki, Türkiyənin təkfirçi-sionist İŞİD qrupuna kömək etdiyini göstərir.

Russiya Əlyəum-un məlumatına görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada keçirdiyi mətbuat konfransında bildirib ki, İŞİD-in Türkiyəyə neft köçürmək üçün isifadə etdiyi üç istiqamətdən xəbərdardır. O, bildirib ki, süni peyk təsvirləri Suriya sərhədini keçərək, Türkiyəyə gedən neft daşıyan yük maşınlarını göstərir. O, qeyd edib ki, ötən bir həftədə iki min terrorçu və 120 ton sursat Türkiyədən Suriyaya daxil olub. Şoyqu İŞİD-in İraq və Suriyadan gündə iki yüz min barrel nefti Türkiyəyə qaçaq etməsinə toxunaraq, əlavə edib: Türkiyəyə neft qaçağında üç mindən çox yük maşını fəaliyyət göstərir.
Sergey Şoyqu deyib: Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın və onun ailəsinin İŞİD ilə neft ticarətində əlləri var.
Şoyqu əlavə edib: Hava hücumları İŞİD-in maliyyə təmini üzrə ən əsas mənbələrindən olan neft gəlirinin yarı olmasına səbəb olub. İŞİD-in qaçaq etdiyi neftin bir hissəsi Türkiyənin daxilində satılır, digər bir hissəsi də Türkiyənin iki limanından xaricə ixrac olunur. Qaçaq neft daşıyan tankerlər heç bir maneə olmadan Türkiyə sərhədlərindən keçib gedirlər.
O, əlavə edib: İŞİD Türkiyəyə neft satışından gündə üç milyon dollar gəlir əldə edir və İŞİD neft yüklərinin böyük bir hissəsini gecə ilə Türkiyəyə göndərir.
Rusiyanın müdafiə naziri deyib ki, Türkiyə İŞİD tərəfindən qaçaq olunan neftin ən böyük istehlakçısıdır və İŞİD-i məğlub etmək üçün onun maliyyə mənbələrinə şiddətli zərbələr endirilməlidir. O, əlavə edib: Rusiyanın hava qoşunları terrorizmin infrastrukturlarına qarşı hücumları davam etdirəcək.