Ərdoğan: Türkiyə Rusiyanın qərarları ilə bağlı cavab tədbirləri görməyəcək
https://azeri.sahartv.ir/news/dünya-i200356-Ərdoğan_türkiyə_rusiyanın_qərarları_ilə_bağlı_cavab_tədbirləri_görməyəcək
Türkiyə prezidenti bildirib ki, Ankara Rusiyanın Türkyəyə qarşı sanksiyalar tətbiq etmək üzrə qərarları ilə bağlı cavab tədbirləri görməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 03, 2015 09:48 Asia/Baku
  • Ərdoğan: Türkiyə Rusiyanın qərarları ilə bağlı cavab tədbirləri görməyəcək
    Ərdoğan: Türkiyə Rusiyanın qərarları ilə bağlı cavab tədbirləri görməyəcək

Türkiyə prezidenti bildirib ki, Ankara Rusiyanın Türkyəyə qarşı sanksiyalar tətbiq etmək üzrə qərarları ilə bağlı cavab tədbirləri görməyəcək.

Mouc xəbər agentliyinin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan çərşənbə günü bildirib ki, Rusiya Türkiyə üçün mühüm strateji bir şərik kimi qalacaq və bu ölkə dövləti Rusiyaya qida maddələrinin ixracını davam etdirməyə hazırdır.
Rusiya Türkiyənin bu ölkənin SU-24M bombardmançısını Suriya ərazisində vurmasından sonra Türkiyəyə turist biletlərinin satışını tam şəkildə qadağan edib və Türkiyədən meyvə-tərəvəz idxalının qarşısını alıbdır.
Türkiyə noyabrın 24-də Suriyada İŞİD terror qrupuna qarşı hava əməliyyatında iştirak etmiş Rusiyanın SU-24M bombardmançısını Suriya ərazisində və Türkiyə sərhədlərinin dörd kilometrliyində vurub yerə saldı.
Ankaranın iddiasına görə, rus təyyarəsi Türkiyənin hava məkanını pozmuşdu.
Moskva bu iddianı rədd edərək, deyir ki, bu bombardmançı Türkiyəni əsla təhdid etmirdi.