Təhlil- Almaniya parlamentinin İŞİD-ə qarşı hərbi əməliyyata razılığı
Dek 05, 2015 14:28 Asia/Baku
Almaniya parlamenti cümə günü bu ölkənin anti-İŞİD koalisiyasına qoşulması və Almaniya ordusunun bu terror qrupuna qarşı əməliyyatı ilə razılaşıb. Almaniya parlamentinin 445 üzvü bu layihənin lehinə, 146 üzvü əleyhinə, 7 üzvü də bitərəf səs verib.
Gələn il yanvarın əvvəllərindən Suriyada başlanmalı olan Almaniya ordusunun əməliyyatı 1200-dən yuxarı hərbi qüvvənin göndərilməsi, Suriya üzərində kəşfiyyat uçuşları və anti-İŞİD koalisiyasının əməliyyatı üçün bu ölkənin dəniz qüvvələrinin bir hərbi gəmisinin verilməsinə şamil olur.Eyni zamanda, Almaniya Suriyada quru əməliyyatı keçirmək niyyətində deyil. Bəzi rəy sorğularına əsasən, Almaniya əhalisinin 71%-i bu qənaətdədir ki, Almaniyanın Suriyaya hərbi müdaxiləsi bu ölkəyə qarşı terror hədələrinin artmasına bais olacaq.
Almaniyanın bu addımında məqsədi, qanlı Paris hadisələrindən və Fransanın Suriyadakı hücumlarının şiddətlənməsindən sonra İŞİD ilə mübarizədə Fransanı hərbi cəhətdən himayə elan olunub.
130 nəfərin ölümü ilə nəticələnmiş və İŞİD-in məsuliyyətini üzərinə götürdüyü Paris hücumlarından sonra Almaniya Fransa ilə həmrəylik əlaməti olaraq, bildirdi ki, bu ölkənin Suriyada İŞİD-ə qarşı hava hücumlarını dəstəkləyir.
Bu dəstək qərar üzrə, Fransanın Şarl Duqol təyyarədaşıyan gəmisini himayə, təyyarələrə yanacaq çatdırma, İŞİD-in mövqelərinin dəqiq aşkarlanması məqsədilə bir hərbi gəmi, yanacaq çatdıran təyyarələr və Tornado kəşfiyyat qırıcılarının göndərilməsi yolu ilə həyata keçirilməlidir.
Belə görünür ki, Almaniyanın bu addımı beynəlxalq anti-İŞİD koalisiyaya yeni hərəkət vermə, həmçinin Suriyada daha fəal rol oynamaq üçün Amerika, İngiltərə və Fransanın son kollektiv səyləri çərçivəsində atılıbdır. Əslində, qərblilər Rusiyanın Suriyada hərbi iştirakından, xüsusən həmin ölkənin Suriyadakı terror qruplarına qarşı hava hücumlarının şiddətlənməsi, Suriya ordusunun və onun müttəfiq qüvvələrinin Suriyanın müxtəlif nöqtələrində terrorçuların mövqelərinə qarşı ahəngdar hücumlarından sonra hazırda öz prestijlərini qorumaq, eləcə də Suriyadakı digər silahlı qrupları himayə məqsədilə anti-İŞİD koalisiyası formasında Suriya səhnəsində daha fəal iştiraka malik olmaq istəyiblər.
Bu arada, Almaniya Avropa İttifaqının ən mühüm ölkəsi və NATO-da da nəzərəçarpacaq rola malik olan ən böyük avropalı iqtisadiyyat kimi öz avropalı müttəfiqlərinin, xüsusən İŞİD tərəfindən Parisdə törədilmiş son terror hücumlarından zərbə almış Fransanın köməyinə getmək məcburiyyətində qalıbdır. Əlbəttə, ötən il Almaniya qərara aldı ki, məhdud şəkildə İŞİD-ə qarşı döyüşə girsin və bu işi kürd peşmərgələrə silah göndərmək və onlara təlim keçmək yolu ilə başladı.