Putin "Qiyamət Günü" təyyarəsinin istifadəyə hazırlanması barədə göstəriş verdi
Dek 06, 2015 13:02 Asia/Baku
-
Putin "Qiyamət Günü" təyyarəsinin istifadəyə hazırlanması barədə göstəriş verdi
Rusiya prezidenti qarşıdan gələn iki həftə ərzində "Qiyamət Günü" adlı havadan strateji idarəetmə komandanlıq mərkəzinin istifadəyə hazır vəziyyətə gətirilməsi barədə göstəriş verib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Ekspress informasiya portalı şənbə günü bildirib ki, Rusiya prezidenti Vladimir Putin nüvə müharibəsi üçün layihələşdirilmiş "Qiyamət Günü" adlı təyyarənin istifadəyə hazır vəziyyətə gətirilməsi barədə göstəriş verib.Məlumatda deyilir: Rusiyalı ekspertlərin dediklərinə görə, bu təyyarə 2015-ci ilin sonuna kimi istifadəyə hazır vəziyyətə gətirilə bilməz. Buna baxmayaraq, Rusiya və Türkiyə arasında gərginliyin artmasının ardınca, Putin bu təyyarənin 2 həftəyə kimi istifadəyə hazır vəziyyətə gətirilməsi barədə göstəriş verib.
"Qiyamət Günü" təyyarəsi ölkənin yüksək səviyyəli siyasi və hərbi rəsmilərinə, onların yer üzərindəki qərargahları və komandanlıq mərkəzlərinin təhdid ilə üzləşdiyi təqdirə, bu strateji idarəetmə mərkəzindən vəziyyətə nəzarəti havadan davam etdirmək imkanı yaradan son dərəcə modern bir komandanlıq mərkəzidir. Rusiyadan başqa sadəcə Amerika belə bir səyyar komandanlıq mərkəzinə malikdir.