Rusiyanın hərbi gəmisi Bosfordan keçib
-
Rusiyanın hərbi gəmisi Bosfordan keçib
Türkiyənin informasiya mənbələri Rusiyanın bir hərbi gəmisinin Bosfor boğazından keçməsi, həmçinin İstanbulda NATO-nun 3 hərbi gəmisinin yan almasından xəbər veriblər.
Rusiyanın bir hərbi gəmisi bazar günü elə bir halda bu ölklənin Aralıq dənizindəki donanmasına qoşulmaq üçün İstanbul şəhərinin kənarındakı Bosfor boğazından keçibdir ki, bir rus əsgər bir raketatanla sahili hədəfə almışdı.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hərbi gəminin üzrəindəki bu əsgərin vəziyyətini təhrikedici adlandırıb.
Belə bir halda, Türkiyənin Daqan xəbər agentliyi bildiribdir ki, NATO-nun üç hərbi gəmisi bazar günü İstanbulun Sarayburnu limanına yan alıb. NATO-nun bu üç hərbi gəmisi İspaniya, Portuqaliya və Kanadaya aiddir.
Bir Rusiya qırıcısının noyabrın 24-də Türkiyə tərəfindən vurulmasından sonra Moskva-Ankara əlaqələri gərginliyə düçar olubdur.