Amerika İraq və ya Suriyada quru müharibəsinə girməyəcək
-
Amerika İraq və ya Suriyada quru müharibəsinə girməyəcək
ABŞ prezidenti bir daha vurğulayıb ki, Amerika İraq və ya Suriyada quru müharibəsinə girməyəcək və hətta əgər İŞİD-ə qarşı müharibə də şiddətlənərsə, belə bir hadisə baş verməyəcək.
Röyters-in məlumatına görə, Barak Obama bazar günü deyib ki, Amerikanın müsəlman icması ifratçı İslama qarşı müharibədə səylərin bir hissəsi olmalıdır.
ABŞ prezidenti Kaliforniya atəşaçmalarından sonra bu ölkədə silahın daha sərt şəkildə nəzarətə alınmasını istəyib və deyib ki, bu iş Amerika dövlətinin qadağan siyahısında yerləşən hər bir kəs tərəfindən silah alqısının qadağanı ilə başlanmalıdır.
Barak Obama deyib ki, İŞİD qrupu məhv olacaq.
O, həmçinin terrorçu İŞİD qrupunu adamöldürən qrup adlandırıb və bildirib ki, terrorizm təhdidi real və ciddidir, amma biz ona üstün gələcəyik.
Amerika prezidenti deyib: Hazırda mövcud olan müharibə Amerika ilə İslam arasında olan müharibə deyil.