Blumberq: Türkiyədən xarici sərmayələrin çıxışı şiddətlənib
https://azeri.sahartv.ir/news/dünya-i200515-blumberq_türkiyədən_xarici_sərmayələrin_çıxışı_şiddətlənib
Blumberq müəssisəsi bildirib ki, region çəkişmələrinin və xarici investorların Türkiyənin iqtisadi durumu ilə bağlı nigarançılıqlarının artması ilə xarici sərmayələrin bu ölkədən çıxışı, həmçinin Türkiyə lirəsi və pay dəyərinin azalması şiddətlənibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2015 11:09 Asia/Baku
  • Blumberq: Türkiyədən xarici sərmayələrin çıxışı şiddətlənib
    Blumberq: Türkiyədən xarici sərmayələrin çıxışı şiddətlənib

Blumberq müəssisəsi bildirib ki, region çəkişmələrinin və xarici investorların Türkiyənin iqtisadi durumu ilə bağlı nigarançılıqlarının artması ilə xarici sərmayələrin bu ölkədən çıxışı, həmçinin Türkiyə lirəsi və pay dəyərinin azalması şiddətlənibdir.

Xarici investorlar 2015-ci ildə öz sərmayələrindən 7,6 milyard dolları Türkiyənin maliyyə bazarlarından çıxarıblar. Belə ki, təkcə ötən ayda və hakim partiyanın Türkiyədəki son seçkilərdə qalib gəlməsilə xarici sərmayələrdən 1,4 milyard dollar Türkiyənin maliyyə bazarlarından çıxarılıbdır.

Digər tərəfdən, bu ölkənin Suriya ilə çəkişmələri və Rusiyanın Türkiyəyə qarşı sanksiya təhdidi bu ölkənin iqtisadiyyatını ciddi təhdid qarşısında qoyubdur.

Kapital Ekonomiks və SEB AB müəssisələrinin bildirdiklərinə görə, Türkiyə lirəsi cari ildə 2008-ci ildən bəri öz illik dəyər azalmasının maksimum dərəcəsini təcrübə edib və bu proses davam etməkdədir.