İran və Rusiya xarici işlər nazirləri telefonla danışdılar
Dek 08, 2015 06:01 Asia/Baku
-
İran və Rusiya xarici işlər nazirləri telefonla danışdılar
İran və Rusiya xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Sergey Lavrov telefon söhbətində son region proseslərini araşdırıblar.
Səhər Beynəlxalq Televiziyasının Rusiya Xarici İşlər Nazirliyinin internet portalına istinadla verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı ilə telefon söhbətində Yaxın Şərq, xüsusilə də Suriya böhranı barədə fikir mübadiləsi aparıb.
İki tərəf 2012-ci il Cenevrə bəyanatına əsasən Suriya böhranının həllinin araşdırılması və Vyana anlaşmasının bu barədəki qərarının icra olunmasını vurğulayıb.
İran və Rusiya xarici işlər nazirləri həmçinin Suriyadakı terror qruplaşmaların siyahısının toplanması barəsində razılıq əldə ediblər.
Teqlər