AEBA-nın hesabatı İranın nüvə proqramının sülhməramlı olduğunu təsdiqləyir
https://azeri.sahartv.ir/news/dünya-i200551-aeba_nın_hesabatı_İranın_nüvə_proqramının_sülhməramlı_olduğunu_təsdiqləyir
İngiltərənin Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki sabiq səfiri Piter Conkins İranın nüvə proqramı barəsində bu agentliyin son hesabatını məntiqli adlandırıb və bildirib: Bu hesabat açıq-aşkar təsdiqləyir ki, İran nüvə maddələrini silah düzəltməyə doğru yönəltməyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 08, 2015 07:13 Asia/Baku
  • AEBA-nın hesabatı İranın nüvə proqramının sülhməramlı olduğunu təsdiqləyir
    AEBA-nın hesabatı İranın nüvə proqramının sülhməramlı olduğunu təsdiqləyir

İngiltərənin Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki sabiq səfiri Piter Conkins İranın nüvə proqramı barəsində bu agentliyin son hesabatını məntiqli adlandırıb və bildirib: Bu hesabat açıq-aşkar təsdiqləyir ki, İran nüvə maddələrini silah düzəltməyə doğru yönəltməyib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Piter Conkins çərşənbə axşamı günü İRNA-ya verdiyi müsahibədə deyib: Agentliyin bu hesabatı diqqətlə, məntiqli şəkildə yazılmışdır.

Conkins əlavə edib: Nəticə Amerikanın Milli Təhlükəsizlik Agentliyinin hesablamaları və İran rəsmilərinin İranın atom bombası düzəltməyə doğru heç vaxt getməməsi və sülhməramlı proqramı izləməsinə dair açıqlamalarını üst-üstə düşür.

İngiltərənin AEBA-dakı sabiq səfiri xatırladıb: Agentliyin son hesabatı açıq şəkildə təsdiqləyir ki, İran nüvə maddələrini silah düzəltməyə doğru yönəltməyib.

Conkins agentliyin öncəki hesabatları ilə müqayisədə hazırkı hesabatının funksiyasında fərqin olub-olmaması barədə sualı belə cavablandırıb: Öncəki hesabatlarla müqayisədə son hesabatda deyiliş dəyişimi vardır. Bu da agentliyin hazırda ixtiarında olan məlumatlardan çox az nigaran olduğunu göstərir.

O əlavə edib: Lakin mənim fikrimcə, İran əleyhinə sanksiyalar Amerikanın İranın nüvə proqramının sülhməramlı olması və atom silahı ilə əlaqədar heç bir qərarın olmadığından arxayın olduqdan sonra qeyri-qanuni bir vasitəyə çevrilib.

5+1 qrupunun agentlikdə İranın nüvə işinin bağlanmasını istəyib-istəməməsi barədə sualı cavablandıran Conkins deyib: Onlar bağlanmağı istəyirlər. Lakin belə belə adlandırmasınlar. Onlar ehtimal olunan nüvə hərbi cəhətləri üzrə narahatlıqların Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasına mane olmamasını istəyirlər.