Rusiya Nyu-Yorkda Suriya müzakirələrində iştirak etməyə hazırdır
Rusiya xarici işlər naziri deyib ki, ölkəsi Suriya böhranı ilə əlaqədar Nyu-Yorkda keçiriləcək müzakirələrdə iştirak etməyə hazırdır.
Səhər Beynəlxalq Televiziyasının Röytersə istinadla verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov İnterFax-a verdiyi müsahibədə deyib: Moskva Suriya böhranının həlli üzrə suriyalı müxaliflərin nümayəndələri və Suriya hökumətinin heyəti arasında müzakirələri izləməyə hazırdır.
O xatırladıb: Vyanada neçətərəfli iki iclasda Suriya böhranının diplomatik yolla həlli prinsipləri və müddəalarını əks etdirən iki önəmli sənəd təsdiqləndi.
Lavrov əldə olunan anlaşmalaa əsasən suriyalı-suriyalı müzakirələrin dəstəklənməsi üçün xarici oyunçuların hazır olduğunu bildirərək deyib ki, Moskva suriyalı tərəflərə böhrandan çıxmaq üçün həll yolu təqdim etməyə hazırdır.
ABŞ dövlət katibi Con Kerri Suriya böhranı barədə 18-19 dekabrda Nyu-Yorkda müzakirələrin keçirilməsini təklif edib.
14 noyabrda Avstriya paytaxtı Vyanada keçirilən Vyana-2 adlı Suriya müzakirələrində gələn 18 ay ərzində Suriyada seçkilərin keçirilməsi üzrə razılıq əldə olunub.
Həmçinin 2015-ci ilin sonuna qədər müxalif partiyalar və Suriya hökuməti arasında BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Mistura tərəfindən görüşün tənzimlənməsi qərara alınıb.
Bu iclasda 17 ölkənin nümayəndəsi, O cümlədən İran və BMT və Avropa Birliyinin nümayəndələri iştirak edib.