Lavrov: Qərb Liviya səhvini Suriyada təkrarlamasın
Rusiya xarici işlər naziri bildirib: Qərb Liviyadakı böyük yanlışlıqlarından dərs almalı və onu Suriyada təkrarlamamalıdır.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Sergey Lavrov jurnalistlərə verdiyi müsahibədə qərbin Liviyadakı yanlışlıqlarının bu ölkəni parçalanmaqla üzləşdirdiyinə toxunaraq deyib: Qərblilərlə görüşdə onların Suriya məsələsində öz siyasətlərini sübut etməyə çalışdıqları zaman Liviya təcrübəsini onlara xatırladır və təklif edirəm ki, bu qədər hökumətlərin dəyişilməsi ardınca olmasınlar.
Lavrov xatırladıb: Liviyanın hazırkı vəziyyəti NATO alyansının tam məsuliyyətsiz və avantürist siyasətlərinin nəticəsidir.
Lavrov Fransa hökumətinin bu ölkənin Qəzzafiyə müxalif silahlı qruplara silah yardımı ilə bağlı etirafına toxunaraq əlavə edib: Fransa Liviyada silahlandırdığı şəxslərlə Malidə qarşılaşmağa və BMT Təhlükəsizlik Şurasından kömək istəməyə məcbur oldu.
Rusiya xarici işlər naziri xəbərdarlıq edib ki, bir ölkədə çətin məsələ ilə üzləşdiyimiz hər zaman dərhal o hökumətin devrilməsini istəyəriksə, heç uğur əldə etməyəcəyik.