Türkiyə müsəlmanları Azərbaycan Respublikası hökumətinə qarşı etiraz aksiyası keçiriblər
https://azeri.sahartv.ir/news/dünya-i200805-türkiyə_müsəlmanları_azərbaycan_respublikası_hökumətinə_qarşı_etiraz_aksiyası_keçiriblər
Türkiyə müsəlmanları aksiya keçirərək Azərbaycan Respublikasında dindarların azad olunmalarını istəyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2015 15:47 Asia/Baku
  • Türkiyə müsəlmanları Azərbaycan Respublikası hökumətinə qarşı etiraz aksiyası keçiriblər
    Türkiyə müsəlmanları Azərbaycan Respublikası hökumətinə qarşı etiraz aksiyası keçiriblər

Türkiyə müsəlmanları aksiya keçirərək Azərbaycan Respublikasında dindarların azad olunmalarını istəyiblər.

Səhər Beynəlxalq Televiziyasının İslamazeri saytına istinadla verdiyi məlumata görə, Türkiyə müsəlmanlarının bir qrupu bazar günü İstanbul şəhərində Azərbaycan Respublikasının konsulluğu qarşısında aksiya keçiriblər.

Bu məlumata görə, etirazçılar bu aksiyada Azərbaycan Respublikasında dindarların azad edilməsini istəyib və bu ölkə hökumətinin repressiya siyasətini pisləyiblər.

Aksiyanın sonunda bəyanat oxunub.