Qaradənizdə Rusiya və Ukrayna arasına qarşıdurma
-
Qaradənizdə Rusiya və Ukrayna arasına qarşıdurma
Ukraynanın sərhəd qoşunlarına məxsus iki gəmi Qara dənizdə Rusiyanın qazma buruqlarının yaxınlığında yerləşərək, onların öz fəaliyyətlərini davam etdirmələrinə mane olublar.
İRNA-nın məlumatına görə, Rusiyanın Federal Təhlükəsizlik Təşkilatının nəzdində fəaliyyət göstərən Sərhəd Təşkilatı ötən gün bildirib ki, Rusiya Sərhəd Təşkilatına məxsus Ametis gəmisi Ukraynanın iki hərbi həmisinin Rusiyanın " Qara dəniz neft və qaz" şirkətinə məxsus qazma buruqlarının fəaliyyətinə maneə törətməsinin ardınca hadisə yerinə göndərilib.
Ukrayna hərbi gəmiləri ilk olaraq Rusiyanın " Qara dəniz neft və qaz" şirkətinəməxsus Tavrida qazma buruğuna yaxınlaşıb, qazma buruğunun fotoşəkillərini çəkib və sonra da buruğun işçilərindən burda görülən işlərin məqsədi və işçilərin sayı barədə məlumat tələb ediblər.
Rusiyanın Sərhəd Təşkilatının hesabatında bildirilir ki, Tavrida qazma buruğunun işçiləri heç bir məlumat verməyiblər.
Bundan sonra Rusiyanın Ametis hərbi gəmisi Tavrida qazma buruğunun yanında yerləşib və Ukrayna hərbi gəmiləri oranı tərk ediblər.
"Qara dəniz neft və qaz" şirkəti Krımın Rusiyaya birləşdirilməsindən sonra Rusiyanın mülkiyyətinə keçib.